Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata görə, Bəhreyn Daxili İşlər Nazirliyinə bağlı muzdlu qüvvələr və mülki yarımhərbi dəstələr son günlər ərzində şiələrə qarşı genişmiqyaslı zorakılıq həyata keçiriblər.
Xalq mənbələri vurğulayıblar: Muzdlu qüvvələr və yarımhərbi dəstələr son günlər ərzində vətəndaşların dindirilmək üçün polis mərkəzlərinə gəlməsi ilə bağlı bir sıra çağırışlar etdikdən sonra şiə vətəndaşları həbs ediblər. Bu tədbirlər bir neçə bölgədə, o cümlədən «Deyr, Səməhic, Diraz, Bəni-Cəmrə və Əbu-Seybə»də daha geniş şəkildə həyata keçirilib.
Həbs edilənlər arasında bunlar var: «Yusif əl-Mühəndis, Manaf Casim, Məhəmməd əl-Hac, Səccad Məhəmməd Əbdülməcid, Əli əl-Əcmi, Əhməd Həsən əş-Şəhabi, Məhəmməd Hişam, Nəsrullah Şakir Mənsur və Məhəmməd Zeyd». Sonuncu şəxs azadlığa buraxılmasından cəmi üç gün sonra yenidən həbs edilib.
Bəhreyn rəsmiləri təhlükəsizlik tədbirləri çərçivəsində zorakılığı daha da artıraraq yüzlərlə vətəndaşı, o cümlədən böyük şiə alimlərini və dini hövzə ustadlarını həbs ediblər. Həmçinin Bəhreyn rəsmiləri İranla həmrəylik göstərmək ittihamı ilə 69 vətəndaşın, o cümlədən uşaqların və onların ailə üzvlərinin (törəmə şəkildə) Bəhreyn vətəndaşlığını ləğv ediblər. Bu tədbirlər Körfəz ölkələrinin rejimlərinin İranla müharibəyə qarşı mövqelərinə və ABŞ-ın regiondakı hərbi mövcudluğuna son qoyulması tələblərinə görə minlərlə vətəndaşın vətəndaşlıqdan məhrum edilməsi və şiələrə qarşı genişmiqyaslı həbs kampaniyasının həyata keçirilməsi istiqamətində addımlar atdığı bir vaxtda baş verir.

Bəhreyn
Rəyiniz